GRP SU ÇƏNİ
GRP (ŞÜŞƏ İLƏ MÖHKƏMLƏNDİRİLMİŞ POLYESTER) xüsusi proseslərə məruz qalan xüsusi termoset qatran və termopoliester şüşə liflərinin dolgu materialları ilə birlikdə çox yüksək təzyiqlərlə istehsal olunan çox xüsusi kompozit materialdır. İstehsal texnologiyası və əlavələri sayəsində çox TARAZLI, MÖHKƏM, UZUN ÖMÜRLÜ, YÜNGÜL VƏ HİGİYENİK BİR MATERİALDIR. Bu material Türkiyədə CTP (CAM TAKVİYƏLİ POLYESTER) olaraq da tanınır və dünyada əsasən su saxlama sahələrində üstünlük təşkil edir. SEKSİYONAL SU ÇƏNİ TEXNOLOGİYASININ son nöqtəsidir. Suya və özünə heç bir çirklənmə yaratmadan UZUN İLLƏR ərzində mühafizə edir. SONSUZ ÖMÜRLÜ, HİGİYENİK, DAXİLİ VƏ XARİCİ ŞƏRTLƏRƏ QARŞI DAVAMLI bir texnoloji məhsuldur. Tərkibində heç bir ZƏHƏRLİ və SUDƏ HƏLL OLUNAN maddə yoxdur.
Bu üstün xüsusiyyətlərdən əlavə, GRP həm də həmyaşıdları ilə müqayisədə İQTİSADİ VƏ KOMMERSİYA baxımından uyğun bir həll yoludur. Suyun KEÇİRİCİLİYİ, SƏRTLİYİ, PH dəyəri və ƏLAVƏLƏRİNDƏN təsirlənmir, KORROZİYAYA ÇOX DAVAMLI VƏ SONSUZ ÖMÜRLÜDÜR. Çənlərin səthləri çox PARLAQ və HAMARDIR, buna görə çəndə MİKROB saxlanıla və ya çoxala bilməz. İşıq keçirmə qabiliyyəti sıfıra yaxın olduğuna görə yosun istehsalı baş vermir və BAKTERİYALAR sığınaraq çoxala bilməz. İZOLYASİYA xüsusiyyətinə malikdir, istilik keçirmə qabiliyyəti metaldan 250 dəfə aşağıdır. İçərisindəki suyu eyni temperaturda saxlayır. Uzun ömürlü və korroziyaya qarşı çox davamlı olduğuna görə TƏMİRİ asandır və TƏMİR XƏRCLƏRİ azdır. Güclü kimyəvi və mexaniki strukturu sayəsində suda həll olmur, suya kimyəvi maddələr buraxmır, buna görə də HİGİYENİK İÇMƏLİ SU ÇƏNİ kimi istifadə edilə bilər. Ətraf mühitə dost bir məhsuldur, aşağı enerji xərcləri ilə istehsal olunur, ucuz xərclərlə daşınır və təbiətə tullantı buraxmır. Dəniz suyu və bəzi kimyəvi maddələr saxlanıla bilər. AÇIQ VƏ QAPALI MƏKANLARDA asanlıqla istifadə edilə bilər. Genişlənmə əmsalı sıfıra yaxın olduğuna görə temperatur fərqlərinə görə genişlənmir və materialda heç bir “GƏRGİNLİK” yaranmır. 2 m³-dən 10,000 m³-ə qədər ÇOX BÖYÜK TUTUMLARDA istehsal edilə bilər. Asan DAŞIMA və QURAŞDIRMA/MONTAJ xüsusiyyətinə malikdir.